Düzgün park edilməyən avtomobillər təxliyə edilib - FOTO

Gündəm 27 Yanvar 2020 18:45 Oxunub 1295
Düzgün park edilməyən avtomobillər təxliyə edilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Artıq bununla bağlı tədbir görülüb

Xəbər verdiyimiz kimi bu gün Bakının Yasamal rayonu Mikayıl Müşfiq və Ələsgər Ələkbərov küçələrinin kəşisməsində avtomobillər piyadaların yolunu kəsib. Bu barədə həmin küçənin sakinləri redaksiyamıza şikayət ünvanlanmışdı. Avtosfer.az xəbər verir ki, göndərilən foto və videodan aydın şəkildə görünür ki, park edilən avtomobillər uşaq və əlil arabası ilə hərəkət edən piyadaların yolunu konkret olaraq kəsib. Sakinlər aidiyyəti qurumlardan həmin avtomobil sahiblərinə qarşı sərt addımlar atılmasını xahiş edilib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Avtosfer.az-a bildirib ki, artıq bununla bağlı tədbir görülüb.

O, bildirib ki, “Mikayıl Müşfiq və Ələsgər Ələkbərov küçələrinin kəsişməsindəki səkidə qanunsuz park edilən avtomobillər Bakı Nəqliyyat Agentliyi tərəfindən təxliyə olunub.”

Gültən Qədirli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh