Təlim vertolyotu qəzaya uğradı: 1 hərbçi ölüb, daha biri isə itkin düşüb

Qəzalar 27 Yanvar 2020 19:15 Oxunub 1098
Təlim vertolyotu qəzaya uğradı: 1 hərbçi ölüb, daha biri isə itkin düşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda onun axtarışlarına başlanılıb

Xorvatiyanın Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “Kiowa Warrior ОН-58 D” tipli təlim vertolyotu qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, insident yanvarın 27-də Adriatik dənizində yerləşən Zablaçe adası ərazisində qeydə alınıb. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat verib.

Məlumata görə, vertolyot keçirilən təlim zamanı adadakı Zlarinski kanalına düşüb.

Bildirilir ki, göyərtədə iki ekipaj üzvü olub, onlardan biri dünyasını dəyişib, digəri isə itkin düşüb.

Hazırda digər ekipaj üzvünün axtarışlarına başlanılıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh