Gəncədə piyadanı maşın vurub

Qəzalar 27 Yanvar 2020 20:00 Oxunub 1003
Gəncədə piyadanı maşın vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyadanın vəziyyətinin ağır olduğu bildirilir

Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Abdullayev Nəbi Səyyad oğlunu “VAZ-2106” markalı minik avtomobili vurub.

N. Abdullayev xəstəxanaya yerləşdirilib.

Piyadanın vəziyyətinin ağır olduğu bildirilir.Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh