“Mercedes-Benz” 151 “V-Class”ı geri çağırır

Avtoxəbər 27 Yanvar 2020 20:15 Oxunub 1554
“Mercedes-Benz” 151 “V-Class”ı geri çağırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil sahibləri ən yaxın diler servislərinə yaxınlaşaraq qüsuru pulsuz təmir etdirə bilərlər

Alman şirkəti “Mercedes-Benz” Rusiya bazarlarından təmir üçün 151 “V-Class” minveni geri çağırır. Avtosfer.az xəbər verir ki, çağırışa, 2019-cu ilin yanvar və fevral aylarında istehsal edilən mikroavtobuslar şamil edilir. Bu barədə yanvarın 27-də “Rosstandart” məlumat verib.

Bildirilir ki, buna səbəb qəza anında avtomobilin ön sərnişin hissəsində yerləşən təhlükəsizlik yastığının açılmamasıdır. Eyni zamanda, təhlükəsizlik yastığının üzərinə yerləşdirilən panelin bəzi hissələri salona atıla və avtomobildə olan insanlar xəsarətlər ala bilərlər.

Çağırışa düşən “V-Class” avtomobil sahibləri qısa müddət ərzində şirkətin ən yaxın diler servislərinə yaxınlaşaraq qüsuru pulsuz təmir etdirə bilərlər.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh