Bakı-Qazax yolunda zəncirvari qəza - Maşınlardan biri aşdı

Qəzalar 27 Yanvar 2020 21:15 Oxunub 1471
Bakı-Qazax yolunda zəncirvari qəza                           - Maşınlardan biri aşdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Mercedec" və "Qazel" markalı yük avtomobili isə tamami ilə yararsız vəziyyətə düşüb

Bakı-Qazax-Gürcüstan avtomobil yolunda zəncirvari yol qəzası qeydə alınıb. Baku.ws-in verdiyi məlumata əsasən, hadisə avtomobil yolunun Gəncə şəhər istiqamətindən çıxacağında - Quşqara ərazisində qeydə alınıb. "Mercedec" markalı avtomobil idarə etmədən çıxaraq arxadan "Qazel" markalı yük maşınına, dahad sonra isə "RAF" markalı sərnişin daşıyan mikroavtobusla toqquşub.

Zərbənin təsirindən "Qazel" markalı yük avtomobili yol kənarındakı dərəyə aşıb.Hadisə zamanı sürücülərin yüngül xəsarət aldığı deyilir.

"Mercedec" və "Qazel" markalı yük avtomobili isə tamami ilə yararsız vəziyyətə düşüb.

Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb olunub. Qəzanın səbəbləri dəqiqləşdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh