Şəmkirdə baş verən ağır yol qəzasında 3 nəfər ölüb

Qəzalar 27 Yanvar 2020 21:45 Oxunub 1749
Şəmkirdə baş verən ağır yol qəzasında 3 nəfər ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Şəmkirdə baş vermiş ağır yol qəzasında ölənlərin sayı artıb. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza zamanı ağır xəsarət almış yaralılardan biri xəstəxanada dünyasını dəyişib.

Bununla da qəzada ölənlərin sayı üç nəfərə çatıb. Məlumata görə, ölənlərdən ikisi qardaşdır. 

Qeyd edək ki, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Üçtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Faktla bağlı araşdırma aparılır.

***21:03

Şəmkir rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Üçtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, kənddə 2 avtomobil toqquşub. Qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb, daha 1 nəfər isə ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh