Meksikada Amerika hərbçilərini daşıyan yük maşını aşdı: azı 5 ölü, 21 yaralı

Qəzalar 28 Yanvar 2020 09:10 Oxunub 1044
Meksikada Amerika hərbçilərini daşıyan yük maşını aşdı: azı 5 ölü, 21 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlardan 8-in vəziyyətinin ağır olduğu bildirilir

Meksikada Amerika hərbçilərini daşıyan yük maşını aşıb. Avtosfer.az xəbər verir ki, hadisə Oahaka ştatında qeydə alınıb. Bu barədə yanvarın 27-də ölkənin ictimai təhlükəsizlik regional idarəsindən məlumat verilib.

Bildirilir ki, qəza nəticəsində azı 5 hərbçi ölüb, daha 21-i isə xəsarət alıb.

Yaralılara ilkin tibbi yardım göstərilib və onlardan səkkizinin vəziyyətinin ağır olduğu qeyd edilir.

Hadisəni baş vermə səbəbləri barədə hələlik məlumat verilmir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh