2019-cu ilin ən çox satılan 10 avtomobili - FOTO

Avtodünya 28 Yanvar 2020 11:51 Oxunub 1621
2019-cu ilin ən çox satılan 10 avtomobili - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlk beş yeri Yaponiya istehsalı olan avtomobillər tutur

2019-cu ildə ən məşhur avtomobillər “Toyota”, “Ford” və “Honda” brendinin modelləri olub. Belə ki, ötən il dünyada ən çox satılan avtomobillər “Toyota Corolla”, “Ford F-Series” və “Toyota RAV-4”dür. Avtosfer.az xəbər verir ki, “Focus2move” nəşrinin açıqladığı statistika bunu sübut edir.

Reytinqə əsasən, ilk beş yeri Yaponiya istehsalı olan avtomobillər tutur, yalnız “Ford”un bir modeli istisnadır. Bu model bir neçə komplektasiyada satılır. Ümumiyyətlə, 2019-cu ilin avtomobil reytinqi belə görünür:

1. Toyota Corolla – 1 236 380

 2. Ford F-Series – 1 070 234

 3. Toyota RAV4 – 931 852

 4. Honda Civic – 821 374

 5. Honda CR-V – 818 981

 6. Volkswagen Tiguan – 741 297

 7. Dodge Ram – 731 895

 8. Toyota Camry – 690 729

9. Volkswagen Golf – 687 664

10. Chevrolet Silverado – 644 013

Bundan əlavə nəşr tam statistikanı da açıqlayıb. Beləliklə, 11-20-ci yerlərin ardıcıl reytinqi belə görünür: Volkswagen Polo, Toyota Hilux, Honda Accord, Hyundai Tucson, Volkswagen Lavida, Nissan Qashqai, Kia Sportage, Nissan Sylphy, Mercedes-Benz C-klass və Hyundai Elantra.

Nazim Nadiroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh