Avtosfer.az | Reklam
“Hyundai” 3 atı vurdu: atlardan biri ön şüşədən içəri “girdi” - FOTO
Avtosfer Foto 28 Yanvar 2020 13:28 1253 dəfə oxunub
“Hyundai” 3 atı vurdu: atlardan biri ön şüşədən içəri “girdi” - FOTO
Faktla bağlı araşdırmalara başlanılıb

Türkiyənin İstanbul şəhərində minik avtomobili 3 atı vurub. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə yanvarın 28-də Böyükçəkməcə rayonu ərazisindən keçən D-100 avtomagistralında qeydə alınıb.

Məlumata görə, Fikrəddin Mərmər idarə etdiyi 34 EH 9625 qeydiyyat nişanlı “Hyundai” markalı minik avtomobillə, Ankara istiqamətində hərəkətdə olan zaman qəfildən qarşısına çıxan 3 atı vurub. Zərbənin şiddətindən iki at yol kənarına düşüb, daha 1-i isə avtomobilin ön şüşəsindən içəri daxil olub.

Nəticədə 3 at tələf olub, sürücü isə yüngül xəsarətlər alıb.

Digər sürücülərin xəbər verməsi ilə qəza yerinə polis, səhiyyə və xilasetmə briqada əməkdaşları gəlib. Yaralı sürücüyə ilkin tibbi yardım göstərilib. Ölən atlar isə xilasetmə əməkdaşlarının köməkliyi ilə hadisə yerindən uzaqlaşdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh