Sonu peşimançılıq olan SÜRƏT haqqında dəhşətli HEKAYƏ

Xəbərlər 28 Yanvar 2020 18:05 Oxunub 3077
Sonu peşimançılıq olan SÜRƏT haqqında dəhşətli HEKAYƏ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Topun elə bir dəyəri yox idi, amma ana üçün o hər şeydən dəyərli idi

Hüquqşünas Aqil Layıc sosial şəbəkələrdə maralı bir hekayə paylaşıb. Avtosfer.az həmin məlumatı təqdim edir:

Dəniz kənarında gəzintidən qayıdan ailə yolda avtomobil qəzası keçirir. 8 yaşında qızları qəzada dünyasını dəyişir. Ata hər dəfə özünü günahlandırır:

 -Kaş ki, maşını bərk sürməyəydim...

Ana isə evin bir küncündə oturub qızının oyuncaqlarına baxıb, paltarlarını iyləyib ancaq ağlayırdı. Bir gün ata işdən qayıdanda psixoloqun yanına gəlir və bəzi məsləhətlər alır. Psixoloq evdə qıza aid olan bütün əşyaları, onu xatırladan hər şeyi atmağı tapşırır. Ata evə gəlir və psixoloqun dediyi kimi qızına aid olan hər şeyi - oyuncaqları, paltarları, hətta şəkilləri də atır. Amma ana bir şeyi ata bilmir. Qızının dənizə apardığı topu. Topun elə bir dəyəri yox idi, amma ana üçün o hər şeydən dəyərli idi. Çünki onu qızı öz nəfəsi ilə doldurmuşdu...

Allah bütün balaları qorusun!.. Amin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh