“Koenigsegg” dünyanın ən sürətli avtomobilini hazırlayacaq - FOTO

Avtodünya 29 Yanvar 2020 15:50 Oxunub 3375
“Koenigsegg” dünyanın ən sürətli avtomobilini hazırlayacaq - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
500 km/saatadək sürətli olacaq

“Koenigsegg” şirkəti dünyanın ən sürətli seriya avtomobilini hazırlamaq fikrindədir. Şirkətdən bildiriblər ki, yeni model dünyanın sürət rekordunu vuracaq. Avtosfer.az xəbər verir ki, yeni model “Mission 500” adlanlanacaq və bu ilin mart ayında Cenevrə motor-şousunda təqdim ediləcək. Avtomobilin adından göründüyü kimi, şirkətin istəyi yeni modeli 500 km/saatadək sürətləndirməkdir. Yeni avtomobilin texniki göstəriciləri haqqında məlumat acıqlanmlır, lakin şayiələr gəzir ki, yeni model “Koenigsegg Jesko”-un xüsusi versiyası kimi təqdim ediləcək.

Qeyd edək ki, yeni “Koenigsegg Jesko” 5,0-litrli, V8 tvin-turbo mühərriki ilə təhciz edilib. Avtomobil 1600 at gücünə malikdir, nəzəri cəhətdən bu qədər at gücü avtomobili 500 km/saatadək sürətləndirə bilər. Xatırladaq ki, kecən il “Bugatti Chiron”-nun eksperimental versiyası 490,5 km/saatadək sürətlənərək rekord vurub. “Koenigsegg” şirkəti dünyanın ən sürətli maşın istehsalçısının tacını geri almaq istəyir.

Qeyd edək ki, buna qədər rekordçu 447 km/saat sürət yığan hiperkar “Koenigsegg Agera” hesab olunurdu.

 

Nazim

ŞƏRH YAZ
Ad

E-mail

Şərh