Avtosfer.az | Reklam
Qışda avtomobildə donmamaq üçün 6 əsas qayda
Öyrənək 30 Yanvar 2020 22:37 649 dəfə oxunub
Qışda avtomobildə donmamaq üçün 6 əsas qayda
Əsas qayda - avtomobilə yazığınız gəlməsin

Qış aylarında avtomobiliniz xarab olubsa və yolda qalmısınızda nə etmək lazımdır? Avtosfer.az ekstemal hallarda avtomobildə donmamaq üçün kömək edən əsas qaydaları təqdim edir:
Birincisi, nəqliyyat vasitəsinin diaqnostikasını unutmaq olmaz. Əgər nasazlıq barədə siqnal gəlirsə, bağlayıcı və detalları yoxlamaq lazımdır ki, şəhərdən, yaşayış məntəqəsindən kənardakı yolun ortasında qaymayasız.


İkincisi, benzinə qənaət etməyin. Əgər imkan varsa, çəni tam doldurun. Bu sizə həm kömək gələnə qədər avtomobilin “soba”sından uzun müddət istifadə etməyə, həm də telefonunuzu elektrik enerjisi ilə doldurmağa imkan verəcək.
Üçüncüsü, portativ enerji doldurma cihazlarını da unutmaq olmaz. Bununla siz xilasedicilər və ya yaxın adamlarınız gələnədək onlarla mütəmadi əlaqədə qala bilərsiz.

Bundan əlavə, avtomobilə minərkən havaya uyğun geyinin. Çünki əgər nəqliyyat vasitəsi sönsə, “soba” da işləməyəcək. İsti geyim sizə avtomobil qara batdıqda onu çıxarmaq zamanı da kömək edəcək.

Beşinci qayda – turistik avadanlıqlar barədə unutmayın. Əgər yolunuz uzundursa, özünüzlə termos, konservlər, bıçaq, folqalı şal və ya qalın yorğança (odeyal) götürün.

Əsas qayda - avtomobilə yazığınız gəlməsin. Əgər yaşamaq və əmlakınızın qorunması seçimi qarşısında qalsanız, maddi dəyərlər barədə unudun. Əgər qızınmaq üçün təkəri yandırmaq lazım gələrsə, bunu etmək lazımdır.

 

İlkin

ŞƏRH YAZ
Ad
E-mail
Şərh