Bakıda sayrışan işıqla maşın sürən sürücü yol polisinə bıçaq çəkdi - VİDEO

Yol polisi 31 Yanvar 2020 15:19 Oxunub 3302
Bakıda sayrışan işıqla maşın sürən sürücü yol polisinə bıçaq çəkdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis baş serjantı cəld hərəkət edərək sürücünü zərərsizləşdirə bilib

DİN Baş Dövlət Yol Polisi İdarəsi bıçaqla DYP əməkdaşına xəsarət yetirmək istəyən sürücünün zərərsizləşdirilməsi barədə məlumat yayıb. Avtosfer.az-a İdarədən daxil olan məlumatda bildirilir ki, yanvarın 31-də saat 10:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun paytaxtın Qaradağ rayonu ərazisindən keçən 68-ci kilometrində qabaq şüşəsinə sayrışan işıqlar quraşdırıldığına görə “Reanault Tondar” markalı, 99-UD-071 dövlət qeydiyyat nişanlı minik avtomobili YPX inspektorları tərəfindən saxalanılıb. Bu zaman avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Seyidzadə Mirsamir Mirhəşim oğlu əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmayaraq əlindəki bıçaqla polis əməkdaşına xəsarət yetirməyə cəhd edib. Lakin YPX Alayının 6-cı tağımının əməkdaşı, polis baş serjantı Anar İbrahimovun cəld hərəkəti və çevikliyi nəticəsində zərərsizləşdirilərək istifadə etmək istədiyi soyuq silahla birlikdə istintaq orqanlarına təhvil verilib.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh