“Mercedes X-klass”ın istehsalı dayandırılacaq - FOTO

Avtoxəbər 1 Fevral 2020 19:45 Oxunub 1679
“Mercedes X-klass”ın istehsalı dayandırılacaq  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əlvida “Mercedes-Benz X-klass”

Pikap “X-klass” ilk dəfə olaraq, 2017-ci ildə təqdim edilmişdir və “Nissan Navaro” ilə vahid platformada istehsal edilmişdir. “X-Klass”a iki turbodizel mühərriki qoyulur, birinci mühərrik “Renault” şirkətinə məxsus 2,3 litrlik, 163 və 190 at gücünə malikdir. İkinci isə “Mercedes-Benz”in özünə aid olan 3-litrlik, 258 at gücünə malik mühərrikdir. Avtosfer.az xəbər verir ki, “Mercedes”in ilk pikapı “X-Klass” öz seqmentində uğurlu model olacağına dair ümidləri doğrutmayıb. Bu da avtomobilin yüksək qiyməti (Almaniyada 48.000 avrodan başlayaraq) və alıcı bazarında iri rəqiblərin olmağından irəli gəlir.

Qeyd edək ki, 2018-ci ildə Avropa, Avstraliya və Şimali Afrikada cəmi 16.700 avtomobil satılıb. Bu səbəbdən “Mercedes-Benz” şirkəti avtomobilin istehsalını dayandırmaq fikrinə gəlib.

“JATO Dynamics” nəşrinə əsasən, 2018-ci ilin yanvar-aprel aylarında Avropada ən çox satılan pikaplararın sırasında “Ford Ranger”, “Toyota Hilux”, “Nissan Navara”, “Mitsubishi L200” və “Volkswagen Amarok” olub.

Nadir Nazimoğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh