Bakıda yol polisi piyada keçidlərində belə xidmət aparır - VİDEO

Yol polisi 2 Fevral 2020 03:35 Oxunub 29015
Bakıda yol polisi piyada keçidlərində belə xidmət aparır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hava şəraitindən asılı olmayaraq hərəkətin təhlükəsizliyi təmin edilir

Bakıda son vaxtlar nəqliyyatın və piyadaların hərəkətinin normallaşması və intensivlik müşahidə olunur. Avtosfer.az xəbər verir ki, bunu təmin etmək üçün DYP yeni iş metodunu tətbiq edir. Artıq DYP-nin kameralarında sıxlıq müşahidə olunan nöqtələr aşkarlanan kimi dərhal rəhbərliyə məruzə olunur və əraziyə naryadlar təhkim edilir. Təqdim etdiyimiz video dünən Koroğlu Rəhimov küçəsində çəkilib. Burada daim sıxlıq olduğu üçün DYP əməkdaşları ərazidə müşahidə aparıb və məlum olub ki, piyadaların keçidlərdən xaotik şəkildə istifadə etməsi nəqliyyat axınını ləngidir. Buna görə DYP rəhbərliyinin göstərişi ilə ərazidəki piyada keçidlərinə nizamlayıcı əməkdaşlar cəlb edilib. Onlar sayəsində piyadaların qrup şəklində yoldan keçməsi təmin edilir. Nəticədə həm piyadaların, həm də nəqliyyat vasitələrinin növbəli və təhlükəsiz hərəkəti təmin edilir.

Qeyd edək ki, belə təcrübə Avropada da tətbiq edilir. Piyadalar yolu tək-tək yox, bir-birini gözləməklə qrup şəklində keçirlər. Bizdə hələ ki, piyadalarda bu vərdiş formalaşmadığı üçün DYP əraziyə birbaşa nəzarət etməklə hərəkət balansını təmin edir.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh