Bu maşın bura necə düşüb? – FOTO

Avtoxəbər 2 Fevral 2020 09:31 Oxunub 1910
Bu maşın bura necə düşüb? – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Görüntülər Ukraynanın Kiyev-Xarkov avtomagistralında qeydə alınıb

Minik avtomobilinin dəmir arakəsmələrin üzərində dayanma fotosu sosial şəbəkədə yayımlanıb. Avtosfer.az xəbər verir ki, şəbəkə istifadəçilərinin marağına səbəb olan bu görüntülərdə avtomobilin baryerlərin üzərinə necə düşdüyü və orada necə dayandığı barədə suallar yaranıb. Hadisə Ukraynanın Kiyev-Xarkov avtomagistralının Starıy Merçik qəsəbəsinə dönən döngədə baş verib.

Bildirilir ki, “VAZ-21053”-ün baryerlərin üzərində qaldığı yer hərəkətdə olduğu yoldan çökəkdədir.

Ehtimal olunur ki, qəza məhz sürücünün maşınla hərəkətdə olarkən yolda görmə səviyyəsinin aşağı olması səbəbindən sükan idarəetməsini itirib və bundan sonra avtomobil dəmir arakəsmələrin üzərinə düşüb.

Digər təfərrüatlar barədə məlumat verilmir.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh