İşləməyən dönmə işıqları – Səbəblər və problemin sərbəst həlli

Avtoxəbər 2 Fevral 2020 11:30 Oxunub 4743
İşləməyən dönmə işıqları                            – Səbəblər və problemin sərbəst həlli
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yan işıqları tamamilə yanmır

Avtomobildəki dönmə siqnalları ilk növbədə digər hərəkət iştirakçılarına istiqamətini müəyyən etməyə kömək edir və yol qəzalarının baş verməsi ehtimalını azaldır.
Dönmə işıqlarının nasazlığının diaqnostikasına görə adətən mütəxəssisə müraciət etməyə ehtiyac olmur və avtomobilçinin özü tərəfindən də müstəqil həyata keçirilə bilər.

Əlamətləri ilə birgə daha çox yayılmış nasazlıqlar bunlardır:
Yan işıqlar yanır, amma sayrışmır. Bu halda sadəcə releyə yüngülcə toxunub tıkkıldatmaq yetər, amma əgər problem aradan qalxmırsa, onu dəyişmək lazımdır. Əgər yenilənmə də kömək etmirsə, o zaman qoruyucu bloku və ya qoruyucunu dəyişmək qalır.

Əgər yalnız bir işıq normal işləyirsə, bu zaman işləməyəndəkinin lampasını eyni ölçü və gücdəki ilə dəyişmək lazımdır. Buna səbəb plafonun üzərində də izinə rast gəldiyimiz turşuluq ola bilər. Bu halda birbaşa toxunuş və ya bağlanma yeri təmizlənir.

Üçüncü variant – patrona birləşdirilmiş məftilin zəif qaynaq edilməsi. Bu halda dönmə işıqları heç işləmir. Bu halda da releyə tıkkıldatmaq və ya qoruyucunu yeniləmək lazımdır.

Yan işıqları tamamilə yanmır.

Nasazlığa göstəricilərin dəstəyinin zədələnməsi də səbəb ola bilər. Bu halda onu təmir etmək mənasızdır. Yalnız yenisi qoyulmalıdır. Bundan əlavə, qırıq yeri idarəetmə blokunda gizlənə bilər. Bu halda avtomobil xidməti mərkəzlərinə müraciət edilməsi məsləhətdir.
Sayrışma tez-tez olur. Bu halda problem ciddidir – ya lampa yanıb, ya da elektrik məftillərində qısa qapanma var. Deməli, ya lampanı dəyişmək, ya da məftillərin vəziyyətini diaqnostikadan keçirmək lazımdır.

Sayrışma ləng olur. Ola bilər ki, lampalardan biri nasazdır, ya da kontakt pisdir, yaxud da məftildə qırıq var.

Dönmə işıqlarının nasazlığı şəraitində avtomobili sürmə xüsusiyyətləri:
Nəzəri olaraq yol hərəkəti qaydaları sürücülərə dönmə işıqlarının nasazlığı zamanı avtomobili sürməyi qadağan etmir, lakin bu halda onlar digər hərəkət iştirakçılarını xəbərdarlıq etmək üçün məxsusi əl işarələrini bilməlidirlər:
- sola dönmə - sol əl sürücü pəncərəsindən düz çölə çıxarılır
- sağa dönmə - sol əl sürücü pəncərəsindən çıxarılaraq düz bucaq şəklində sağa əyilir.
- dayanma – pəncərədən çıxarılmış əl yuxarı qaldırılır.
Məxsusi işarələri bilmək dönmə işıqları olmadan yollarda hərəkət edən sürücünü cərimələrdən də azad edir.

Yekunda xüsusi qeyd edilməlidir ki, dönmə işıqlarının nasazlığına əhəmiyyət verməmək, onu inkar etmək olmaz. Onların işlək hala qaytarılması yollarda təhlükəsiz hərəkət baxımından çox əhəmiyyətlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh