“Bugatti Veyron” haqqında maraqlı faktlar - FOTO

Avtoxəbər 3 Fevral 2020 12:00 Oxunub 4221
“Bugatti Veyron” haqqında maraqlı faktlar  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Veyron” yanacaq yandırmağı çox sevir

Avtosfer.az, əfsanəvi “Veyron” haqqında maraqlı faktlar topladı.

1. “Bugatti”-nin əyləcləri aerobuslar üçün əyləc istehsal edən şirkət tərəfindən hazırlanıb.

2. “Bugatti”-nin məxsusi qanadı var ki, o, avtomatik olaraq sürətə görə tənzimlənir. O, “Bugatti”-yə yerdə qalmağa kömək edir. Belə ki, avtomobil təyyarənin uçuş sıçrayışından daha sürətli gedir. 3. Onu aerokosmik konstruktorlarla birgə hazırlayıblar.

4. Loqotipdə “Ettore Buqatti”nin” inisialları var – o, şirkətin təsisçisidir.

5. “Bugatti”-də ikili V-şəkilli, 8-silindrli mühərrik var və birlikdə onlar W 16 silindr deməkdir ki, bu da avtomobilə həm şəhərdə, həm də trasda rahat hərəkət imkanı verir. Mühərrik titandan hazırlanıb. 3500-dən çox hissədən ibarətdir.

6. Mühərrikin əsl gücü 3000 a.g.-dür. Enerjinin 2/3-si istiyə sərf olunur. Mühərrik ilk dəfə sınaqdan keçiriləndə az qala bina yanacaqdı. Çünki bu zaman o qədər istilik yaranmışdı ki, bu, qış mövsümündə 100 evi qızdırmağa bəs edərdi.

7. “Bugatti Veyron”-nun 300 km/saatdan çox sürətlə ilk sınağı zamanı qaz buraxma borularından 2 metr uzunluğunda alov çıxmışdı. Əvvəlcə bunu belə də saxlamaq istədilər, lakin qanunsuz olduğundan nadir soyutma sistemi yaratmalı oldular.

8. 300 km/saat cəmi 17 saniyəyə yığılır.

9. Sürət keçidi güc itirmədən baş verir – cəmi 150 milli saniyə, bu da göz qırpımından tezdir. Bu, ikili muftası olan sürət qutusu sayəsindədir.

10. Sürət keçidinin kontrolleri 4 kompüterdən daha güclüdür.

11. “Bugatti”-nin əyləc diskləri yüksək texnologiyalı kömür-titan keramikasının qarışığından hazırlanıb.

12. “Bugatti”-nin iki əyləc sistemi var – biri mexaniki (təkərlərdə), digəri isə aerodinamik (palçıq qoruyucularında).

13. 407 km/saatda dayanmaq üçün Bugatti-yə 10 saniyə lazımdır.

14. “Bugatti” üçün məxsusi şinlər hazırlamaq məcburiyyətində qalıblar. Belə ki, hələ 400 km/saatdan yuxarı sürətdə funksiyalarını yerinə yetirmək üçün şin istehsal edilməyib.

15. Arxa təkərlərin eni 37 santimetrdir.

16. Benzin çəninin tutumu 100 litrdir. Bugatti yanacaq yandırmağı çox sevir – şəhərdə 37 litr/100 km, trasda 14,9.

17. “Bugatti”-də hər bir detal əl ilə yığılır.

Nadir Nazimoğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh