Döngədə “Volkswagen”-ə yol verməyən “KİA” qəza törətdi: 6 yaralı - FOTO+VİDEO

Avtosfer Foto 3 Fevral 2020 16:10 Oxunub 3173
Döngədə “Volkswagen”-ə yol verməyən “KİA” qəza törətdi: 6 yaralı - FOTO+VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Rusiyanın Tver şəhərində iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən məlumat verir ki, insident bu gün Pobeda və Volokolamsk prospektlərinin kəsişməsində qeydə alınıb.

Məlumata görə, “KİA Stinger” markalı avtomobilin sürücüsü, döngədə “Volkswagen Polo” markalı avtomobilə yol verməyib və nəticədə toqquşma baş verib. Zərbənin təsirindən avtomobillərdən biri idarəetmədən çıxaraq piyada keçidindən keçməyə hazırlaşan piyadalara dəyib.

Qəzada “Volkswagen”-in sürücüsü və 5 piyada müxtəlif dərəcəli bədən xəsarətlər alıblar. Yaralılar, hadisə yerinə çağırılan “təcili tibi yadım” maşınları ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh