Ehtiyat təkərləri ilə nə qədər məsafə qət etmək olar? - İZAH

Yazarlar 3 Fevral 2020 19:55 Oxunub 3901
Ehtiyat təkərləri ilə nə qədər məsafə qət etmək olar? - İZAH
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müvəqqəti ehtiyat təkərlərinin adi təkərlər qədər ömrü yoxdur

Ehtiyat təkərləri faydalı təhlükəsizlikdir, lakin əksəriyyəti qeyri-məhdud müddətə boşalmış təkəri əvəz etmək üçün nəzərdə tutulmayıb. Avtosfer.az bildirir ki, bütün ehtiyat təkərləri eyni deyil və nəqliyyat vasitənizin hansı ehtiyat təkərlə təchiz olunduğunu daha yaxşı başa düşmək üçün nəqliyyat vasitəsinin istifadəçi təlimatına baxın. Müvəqqəti ehtiyat təkərlərinin bir qayda olaraq, adi təkərlər qədər ömrü yoxdur. Normal avtomobil təkərlərindən fərqli olaraq, ehtiyat təkərlər yan divarda yalnız bir qat polyester(süni parça) və iki ədəd polad kəmərdən ibarət ola bilər, yəni orta statistikalı təkərlərin səmərəliliyinin yarısını və təhlükəsizliyini təmin edə bilməzlər.

Bu yazıda mövcud ehtiyat təkərlərin bütün növlərini təsvir etməyə çalışacağıq və onların hər biri ilə nə qədər gedə biləcəyiniz barədə danışacağıq.

Kök (gombul) və ya Space Saver

Bu kiçik ehtiyat təkərlərəni adətən kök və space saver (məkan qoruyucu) adlandırılır. Yüngül olduqları və avtomobilinizin yük yerində çox yer tutmadığı üçün olduqca məşhurdurlar. Yüngül olduğuna görə, fiziki cəhətdən heç bir işə yaramayan insan belə ehtiyat təkəri qaldırmaqda və quraşdırmaqda çox çətinlik çəkməyəcəkdir.

Bununla yanaşı, "köklər" kiçik və yüngül olduğundan, adi təkərlər üçün xarakterik olan iki əsas məqam yoxdur: möhkəmlik və davamlılıq. Bu ehtiyat təkərlərin əksəriyyətində 90 km/saat sürət məhdudiyyəti var. Belə ehtiyat təkərlərdən istifadə edərək 80 km məsafəni qət edə bilərsiz, bəziləri 110 km məsafəni əhatə edə bilər. Bu, ən yaxın təkər təmiri xidmətini tapmaq və zədələnmiş təkərləri təmir etmək və ya əvvəllər təmir edilmədiyi təqdirdə tamamilə yeni bir təkər ala biləcəyiniz bir mağaza tapmaq üçün kifayət olmalıdır.

Yuxarıda göstərilənlərdən belə qənaətə gələ bilərik ki, ehtiyat təkərdə - uzun səfərlər etmək və ya normal, standart bir təkərə dəyişdirməklə dartmaq tövsiyə edilmir.

Tamölçülü ehtiyat təkərləri

Bəzi avtomobil istehsalçıları nəqliyyat vasitələrini tam ölçülü ehtiyat təkərlərlə təchiz edirlər. Əlbəttə ki, "space saver"dən daha ağırdır və yük yerində daha çox yer tuturlar, lakin daha davamlı və uzunömürlüdürlər. Onlar sizə "kök"lərdən daha uzun müddət xidmət edə bilərlər. Buna baxmayaraq, bu cür təkərlərdə adi bir təkərlə müqayisədə protektorun başqa naxışı və ya rezin qarışığın fərqli bir tərkibi ola bilər. Bu ümumi idarəetməyə və yol təhlükəsizliyinə təsir göstərə bilər.

Belə təkərlərin daha davamlı olmasına baxmayaraq, ilk növbədə zədələnmiş təkərlə problemlərinizi həll etməzdən əvvəl sizi təyinat yerinə çatdırmaq üçün nəzərdə tutulub. Bundan əlavə, avtomobildə ehtiyat təkər üçün yerin boş olduğunu unutmayın və başqa bir təkərin deşilməsinə qədər mümkün qədər tez doldurulmalıdır.

Ehtiyat təkəriniz yoxdur?

Əgər avtomobilinizdə ehtiyat təkəriniz yoxdursa, o zaman sizin nəqliyyat vasitəniz "ranflet"lə təchiz olunub. BMW və MINI şirkətləri, bir qayda olaraq, istehsal zamanı oxşar təkərlər quraşdırır. Bu növ təkərlər digər təkərlərə nisbətən daha sərtdir, deşiklərə tab gətirə və hərəkəti davam edə bilər. Ancaq bunlar da əbədi olaraq onlarda gəzə biləcək şəkildə hazırlanmamışdır.

Əksər "ranflet" təkərlərində dəlik gördüyünüz təqdirdə dəyişdirmək tövsiyə olunur. Bir qayda olaraq, onlar dəlikli vəziyyətdə 100 km-ə qədər məsafəyə hazırlanmışdır, sonra mütləq dəyişdirilməlidir. Adi təkərlərlə müqayisədə "ranflet"i dəyişdirmək ucuz başa gəlməyəcək. Bəzi sənətkarlar "ranflet" təkərləri yamaya bilər, lakin istehsalçılar bu yollagetməyi məsləhət görmürlər.

Bu təkərlərin üstünlüklərindən biri odur ki, avtomobil təkərlərinin ən yaxın mağazasına 80 km/saat sürətlə gedə bilərsiniz.

Ehtiyat təkəri ilə gəzintinin davamı barədə nəticə

Hər bir sürücü yadda saxlamalıdır ki, hər hansı bir ehtiyat təkəri, yalnız mümkün qədər hərəkəti etmək və tez bir zamanda zədələnmiş təkəri dəyişdirmək məqsədi daşıyır. Ehtiyat təkərlər müvəqqəti əvəzedicidir və avtomobilinizdəki tam ölçülü ehtiyat təkərləri digərlərinə bənzəsə də, onlar eyni xüsusiyyətlərə malik deyil və yolda xoşagəlməz hala səbəb ola bilər.

Unutmayın, avtomobilinizin təkərləri sizi və sərnitəkərlərinizi yola "bağlayan" yeganə vasitədir, buna görə heç vaxt öz təhlükəsizliyinizə və ətrafınızdakı insanların təhlükəsizliyinə biganə yanaşmayın.

 

Natiq Nazimoğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh