300-dən çox avtomobil sahibini aldadan dəstə zərərsizləşdirilib - FOTO

Avtoxəbər 4 Fevral 2020 14:08 Oxunub 1415
300-dən çox avtomobil sahibini aldadan dəstə zərərsizləşdirilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vətəndaşlara dəyən zərərin miqdarı 2670000 mandır

Rusiyada vətəndaşların etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edən və külli miqdarda ziyan vuran cinayətkar qrup zərərsizləşdirilib. Avtosfer.az xəbər verir ki, dəstə üzvləri 2017-ci ildən bu günə kimi Moskva, Belqorod, Orla və Kursk ərazilərində 300-dən çox avtomobil sahibini aldadıblar.

Onlar bir neçə hüquqi şəxsi də qeydiyyata alaraq avtomobilləri satmaq üçün avtosalon da icarəyə götürüblər.

Şübhəlilər vətəndaşlardan avtomobilləri və alqı-satqı üçün lazım olan sənədləri alaraq, onlara qısa müddət ərzində sərfəli qiymətə satılacağına vəd veriblər.

Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib ki, cinayətkarların vətəndaşlara vurduğu zərərin miqdarı 100 milyon (2670000 Azn) rubldur.

Hazırda qrup üzvlərinin altısı saxlanılıb, daha iki nəfərin axtarışları isə davam etdirilir.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh