Arnold  Şvartseneqqerin 13 qeyri-adi avtomobili - FOTO

Avtodünya 6 Fevral 2020 10:53 Oxunub 3766
Arnold  Şvartseneqqerin 13 qeyri-adi avtomobili  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Terminatorun ən çılğın avtomobilləri

Avtosfer.az xəbər verir ki, Arnold Şvartseneqqer Hollivudun ən çox pul alan aktyoru və Kaliforniya ştatının qubernatoru olmaqla yanaşı, həm də avtomobil kolleksiyaçısıdır. Bu yazıda Terminatorun ən çılğın avtomobilləri barədə məlumat verəcəyik.

“Dodge Challenger SRT8”

Məgər yeddiqat “Mister Olimpiya” titulunun sahibinin qarajında masl-kar olmaya bilər? Şvartseneqqerin kolleksiyasında parlaq narıncı rəngli, burnundan quyruğunadək firma xətləri çəkilmiş möhtəşəm “Dodge Challenger SRT8” var. İstehsal edildiyi gündən bəri k “Challenger SRT8 Dodge”-un ən güclü masl-karı olub: 6,1-litrlik V8 HEMI mühərriki 425 a.g.-ə malikdir.

“Excalibur Series III Phaeton”

Dəmir Arninin ən sevimli avtomobillərindən biri. Los-Ancelesdə onu bu avtomobilin sükanı arxasında tez-tez görmək olar. Qeyri-klassik kabrioletin parlaq nümunəsi (Müharibədən əvvəlki avtomobillər üslubunda siluetə baxmayaraq, “Excalibur”-un texniki hissələri zamanında müasir üslubda hazırlanmışdı). Şvartseneqqerin bej rəngli kabrioleti markanin 3-cü seriyasının nümayəndəsidir. Avtomobil 1975-ci ildən 1979-cu ilədək istehsal olunub və 7,5-litrlik, 215 a.g. olan “Chevrolet Big Block” mühərriki ilə təchiz edilirdi.

“Hummer H1”

Terminator hərbi avtomobilləri çox sevir və siz bunun şahidi olacaqsınız. Məsələn, onun iki “Hummer H1” avtomobili var – biri bağlı, digəri isə üstü açılan versiyada. Üstü açılan yaşıl rəngli “Hummer”-in üzərində orqanik yanacaq şəkli var – Şvartseneqqer ekologiya müdafiəçilərindəndir. Qum rəngli ikinci H1 zirehli bana malikdir, kənarlarda Terminator yapışqanları var və karbon güc qurğusuna malikdir. “Hummer H1 M998 Humvee” hərbi avtomobilinin mülki modelidir və 1992-ci ildən 2006-cı ilədək istehsal edilib.

“Dodge M37”

Arninin qarajında yerləşən daha bir hərbi avtomobil. Şvartseneqqer bu avtomobil ilə əsasən müharibə dövrünün avtomobillərinə həsr olunan tematik tədbirlərə gedir. “M37” Koreya və Vyetnam müharibələrində iştirak edib, 1951-ci ildən 1968-ci ilədək Dodge-un ABŞ və Kanada zavodlarında istehsal edilib.

“Ferrari 360 Spider”

Şvartseneqqerin qarajını 2011-ci ildə tərk etsə də bu avtomobil diqqətə layiqdir. Avtomobil eBay hərracında 92 min dollara satılmışdı. Onun yürüşü 20950 kilometr idi. Ecazkar spayder 2000-ci ildən 2005-ci ilədək “Ferrari” şirkəti tərəfindən istehsal edilib.

“Jeep Grand Wagoneer”

Şvartseneqqerin satdığı avtomobillərdən biri. “Jeep Grand Wagoneer Governator” Kaliforniyanın məşhur “West Coast Customs” atelyesi tərəfindən hazırlanıb. Onun kapotu altında 500 a.g. verən 6,6-litrlik Duramax Diesel mühərriki dayanır.

“Mercedes Unimog”

Daha bir satılmış avtomobil. “Mercedes Unimog” Arnold Schwarzenegger Edition iki il bundan əvvəl Almaniyada 208 min avroya satılıb. Onun qabaq panelində Şvartseneqqerin imzası da var idi. Çəkisi 7,5 ton olan “Unimog”-un kapotu altında 6,3-litrlik, 320 a.g. verən mühərrik dayanır.

“Porsche 911 Turbo Cabriolet”

Hansı avtomobil kolleksiyası “Porsche 911”-siz keçinə bilər? “Dəmir Arninin” də belə bir avtomobili var – gümüşü rəngli, 997 banında olan kabriolet “911 Turbo”.

“Bentley Continental GT Supersports Convertible”

Kabrioletlər çox olmur – günəşli Kaliforniyada yaşayan Arni belə düşünür. Onun kolleksiyasının mirvarilərindən biri də qara rəngli “Bentley Continental GT Supersports Convertible”-dır. Peyda olduğu 2010-cu ildə “Supersports Convertible Bentley”-nin tarixində ən sürətli üstü açılan avtomobil idi.

“Mercedes SLS AMG Roadster”

Qağayı qanadları ilə baş üzərində örtük arasında seçim edəndə Şvartseneqqer ikinci varianta üstünlük verdi. Buna görə də roadster banında “Mercedes SLS” aldı. Gümüşü ox effektli qırmızı damla tamamlanıb. Yaxın vaxtlaradək “SLS Mercedes”-in model sırasında flarman idi.

“Bugatti Veyron Grand Sport Vitesse”

Planetin ən bahalı və ən sürətli avtomobillərindən biridir. “Bugatti Veyron Grand Sport Vitesse” də Şvartseneqqerin kolleksiyasına daxil olub. Ümid edirik ki, siqarın külü hiperkarın möhtəşəm dəri salonuna tökülmür. Özünə hörmət edən hər bir avtomobilsevər ən güclü “Veyronun” xarakteristikası barədə məlumata malikdir: mühərrik W16, 1200 a.g., maksimal sürət 410 km/saat.

Mercedes G-class от Kreisel

Şvartseneqqerin aldığı son avtomobillərdən biridir. Bu barədə əvvəllər də danışmışıq. Dəmir Arninin sifarişi ilə hazırlanan G350d elektrokar kimi təchiz edilib, iki blok batareya və 490-güclü elektromühərrik alıb. Avtomobildən cəmi bir dənədir. Kreisel-dən olan avtomobil adi Gelendewagen-dən emblemlər və dəyişilmiş cihazlar paneli ilə fərqlənir.

“M47 Patton”

Kommando və Terminator filmlərinin baş qəhrəmanı daha hansı avtomobildə gəzə bilər? “M47” Şvartseneqqerin sevimli oyuncağıdır. O istirahət günlərini böyük həvəslə bu tankda keçirir. “M47” 1951-ci ildən 1953-cü ilədək istehsal edilib. Cəmi 8676 ədəd belə tank buraxılıb. Güclü zirehlə yanaşı, tank həm də 810-güclü V12 mühərriki və 90 millimetrlik “M36” silahı ilə lovğalana bilər. “M47” 1990-cı ilin sonunadək silahlı qüvvələrdə istifadə edilib.

Nazim Nadiroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh