Azərbaycana gətirilən ucuz maşınların sirri - VİDEO

Avtobazar 6 Fevral 2020 19:05 Oxunub 2867
Azərbaycana gətirilən ucuz maşınların sirri - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu maşınların 0,1-0.2 faizi bazara çıxarılır.

Hər il orta hesabla Azərbaycana 40 min avtomobil gətirilir ki, onların da böyük əksəriyyəti ikinci əl maşınlardır.

İddialara görə, bu maşınların da içərisində müəyyən bir qismi var ki, sunami nəticəsində sulara düşmüş, sonradan çıxarılıb təmir olunanlardır.

Məsələnin əhəmiyyətini nəzərə alaraq ARB TV-nin “Günə doğru” verilişi maraqlı süjet hazırlayıb.

Məlumata görə, belə avtomobillər ABŞ, Yaponiya istehsalı və ya orada idarə olunan maşınlardır. Həmin maşınlara bir az “əl gəzdirib” iqtisadi cəhətdən orta və zəif ölkələrə göndərilir. Mütəxəssislər deyir ki, belə avtomobilləri müəyyən etmək asandır.

Eldəniz Cəfərov – Ekspert: “Artıq bizim vətəndaşlarımız da avtomobilin VİN kodunu daxil edərək o avtomobilin haradan gəldiyini, marşrutunu, hansı qəzalar keçirdiyini öyərənə bilər”.

Avtomobil ekspertləri deyir ki, belə avtomobillər interyer və eksteryer baxımından yaxşı təmir olunsa da, əsas və aparıcı hissələrdə problemlər özünü büruzə verə bilər.

Əfqan Səlimov - Mütəxəssis: “Mühərrikdə problemlər ola bilər, naqillər sonradan qurulduğundan alışmaya meyilli ola bilər. Sürət qutusunda sonradan atmalar ola bilər. Sonradan müəyyən hissələrində çürümə də baş verir”.

Bazarı araşdıran mütəxəssislər deyir ki, hazırda Azərbaycana belə avtomobillərin gəlməsi ilə bağlı məlumat, demək olar ki, mövcud deyil. Amma keçmiş illərdə sudan çıxarılıb, sonradan bir neçə əl dəyişib ölkəmizə gələn maşınların olması istisna deyil. 

Eldəniz Cəfərov – Ekspert: “Bu maşınların 0,1-0.2 faizi bazara çıxarılır. Lakin belə avtomobillər 5 ildə, 10 ildə bir dəfə baş verir, çünki sunami də hər il olan deyil. O maşınların da çox az bir hissəsi Azərbayacan gəlib çatır”.

Mütəxəssislər deyir ki, istənilən halda, avtomobil almaq istəyən vətəndaş, yaxşı olar ki, həmin maşını almazdan öncə texniki servislərdə yoxlamadan keçirsin...

ŞƏRH YAZ
Ad

E-mail

Şərh