İmişli səmasında naməlum uçan obyekt - VİDEO

Maraqlı 7 Fevral 2020 08:01 Oxunub 1880
İmişli səmasında naməlum uçan obyekt - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Obyekt 500-600 metr hündürlükdə hərəkət edib

Azərbaycanda havada hərəkət edən naməlum obyekt görünüb. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, dairəvi formada olan qeyri - adi obyekt ötən gün saat 20:00 radələrində İmişli şəhəri ərazisində qeydə alınıb. Naməlum obyekt təxminən beş dəqiqə müddətində yerdən 500-600 metr hündürlükdə hərəkət edib və adi gözlə aydın müşahidə edilib. Bəzi sakinlər tərəfindən telefonla qeydə alınan cisim bir neçə müddət səmada dayandıqdan sonra anidən gözdən itib.

Qeyd edək ki, bundan əvvəl də Azərbaycanın müxtəlif ərazilərində uçan naməlum obyektlərin görüntüləri qeydə alınıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh