“Hyundai” şirkəti yeni “Creta”nı təqdim etdi - FOTO

Avtodünya 7 Fevral 2020 12:45 Oxunub 2618
“Hyundai” şirkəti yeni “Creta”nı təqdim etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni “Hyundai Creta” 3 mühərrik alıb

Deli şəhərində keçirilmiş “Auto Expo 2020” motor-şouda “Hyundai” şirkəti yeni nəsil “Creta”nın təqdimatını keçirib. Hindistan ölkəsi üçün istehsal edilən “Creta”ın görünüşü, Çin bazarına çıxarılan dizayn üslubundadır və bu model ən qlobal olacaq.

Avtosfer.az xəbər verir ki, Hindistan üçün istehsal edilən “Creta”ın radiator barmağlıqı kaskad formasındaır, həmçinin avtomobil çox pilləri optika və “iki mərtəbəli” arxa fənərlər alıb. Çin bazarı üçün istehsal edilən modeldən fərqli olaraq, Hindistan modeli, panorama lyuk, yeni dizaynda disklər və “dama-dama” radiator barmaqlığı alıb.

Avtomobilin interyeri rəqəmsal cihazlar paneli, idman üslüblu sükan, hərəkət rejimi seçimi üçün selektor və böyük vertikal multimediya sistemi alıb.

Yeni “Creta”nın mühərrik qamması belədir: 1,5 litrlik, 115 at gücündə atmosferlə, 1,5 litlikr, 115 at güclü turbodizel və “Kia Seltos”un 1,4 litrlik benzin mühərrikləri ilə təchiz edilib. Birinci aqreqat 6-pilləli mexaniki  və variator sürətlər qutusu ilə birgə çalışır, ikinci - 6-pilləli mexaniki və avtomat sürətlər qutusu ilə birgə çalışır, üçünçü - 6-pilləli mexaniki və 7-pilləli robot sürətlər qutusu ilə birgə çalışır.

Avtomobilin qiyməti və komplektasiyası haqqında mart ayında məlumat veriləcək.

Nazim Nadiroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh