Yollarda sürücü aqressiyasının səbəbi nədir? - VİDEO

Yazarlar 7 Fevral 2020 17:02 Oxunub 1428
Yollarda sürücü aqressiyasının səbəbi nədir? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əsəbi halda sükan tutmaq sağlam yaşamaqdan əl çəkmək deməkdir

Tələskənlik, aqressivlik, və bir biri ilə kəskin formada rəftar. Bu cür hallarla hər gün küçələrimizdə həm sürücü, həm də piyada kimi qarşılaşırıq. Avtosfer.az xəbər verir ki, mütəxəssislər deyir ki, aqressivliyi yaradan səbəblər çoxdur. Əsas problem naşı sürücülərin intensiv hərəkətə qoşularaq, yaratdığı vəziyyətdir. Kor-korana zolaq dəyişmək,  xəbərdaredici vasitələrdən istifadə etmədən davranmaq, digər sükan sahiblərini özündən çıxarır.

Yol hərəkətinin təşkilindəki problemlər, sürücü-sürücü və sürücü piyada arasındakı davranış normalarının pozulması , küçələrdə təhlükəli vəziyyəti daha qabarıq edir.

Ekpertlər deyir ki, belə sürücüləri müyyən edib hərəkətdən kənarlaşdırmaq daha məqbul sayılır. Sadalanan problem və çıxış yolları insan sağlamlığı, normal cəmiyyətin formalaşması üçün vacib amillərdir. Əsəbi halda sükan tutmaq isə sağlam yaşamaqdan əl çəkmək deməkdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh