Avtosfer.az | Reklam
Bakıda 600 manata görə polisdən qaçaraq şərab evinə girən "avtoş" həbs edildi - VİDEO
Qaydalar 9 Fevral 2020 13:50 12766 dəfə oxunub
Bakıda 600 manata görə polisdən qaçaraq şərab evinə girən  "avtoş" həbs edildi - VİDEO
Sürücülük hüququ məhdudlaşdırılıb və 30 günlük həbs edilib

Bakıda avtoxuliqanlıq edən daha bir sürücü məhkəmə tərəfindən həbs edilib. Avtosfer.az-ın məlumatına görə, Yasamal Rayon Məhkəməsinin qərarı ilə Ağdam rayonunda anadan olmuş, hazırda Sumqayıt şəhərində yaşayan 1980-ci il təvəllüdlü Bəşirov Maqbed Ağalar oğlu İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə 1 il sürücülük hüququndan məhrum edilməklə 30 gün müddətinə inzibati həbs cəzası ilə cəzalandırılıb. Aparılan araşdırmalardan məlum olub ki, sürücü Maqbed Bəşirov fevralın 7-də gecə  saat 02:30 radələrində paytaxtın  Qasımzadə küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində hərəkət edən zaman həmin ərazidə xidmət aparan yol polislərini görərək dərhal avtomobili dayandırıb. Yol polisləri onun idarə etdiyi "VAZ 21015" markalı avtomobili yoxlayan zaman məlum olub ki, təhkim edilmiş 10-OD-163 qeydiyyat nişanı digər "VAZ 2107" markalı avtomobilə məxsusdur. Sürücünün təhlükəsizlik kəmərindən istifadə etməməsi və digər şübhəli hərəkətləri əsasında yol polisləri həmin sürücüyə saxla əmri veriblər. Lakin sürücü tabesizlik göstərərək ərazidən uzaqlaşmağa başlayıb. O, paytaxtın bir neçə küçəsində təhlükəli manevrlər edərək svetoforun qırmızı işığından keçib və yolda hərəkət edən piyadalara, o cümlədən sürücülərə real təhlükə yaradıb. Sürücü yol polisləri tərəfindən təqib edilərək paytaxtın Tbilisi prospektində süni tıxac nəticəsində dayandırılıb və piyadaların köməkliyi ilə onun qaçmasının qarşısı alınıb. Araşdırma zamanı məlum olub ki, bundan bir qədər əvvəl sürücü Tbilisi prospektində "İnfiniti" markalı avtomobillə toqquşub. Daha sonra hadisə yerindən yayınmaq istəyərkən prospektə yerləşən şərab evinə çırpılıb. Nəticədə mağazaya xeyli miqdarda ziyan dəyib.
Bütün bu materiallar yol polisi tərəfindən toplanılaraq məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə sürücü barədə cəza tədbiri görülüb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, sürücü 1 il öncə bilərəkdən sürücülük vəsiqəsinin itməsi ilə barədə yalan məlumat verərək yeni sürücülük vəsiqəsinin alınmasına nail olub. Lakin köhnə sürücülük vəsiqəsi ilə Sumqayıt şəhəri ərazisində avtomobili idarə edərkən yol polisləri tərəfindən dərhal aşkar edilərək sürücülük vəsiqəsi götürülüb. Eyni zamanda sürücünün əvvəllər törətdiyi xətalara görə idarə etdiyi "VAZ-21015" markalı avtomobilin 600 manatdan çox cərimə borcu olduğuna görə o, digər avtomobilə aid qeydiyyat nişanını öz avtomobilinə qanunsuz təhkim edərək idarə edib.


Təbriz

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh