Bu yerdə dayanma-durmaya icazə verilir?- Doğru cavab

Yarışma 10 Fevral 2020 12:50 Oxunub 2205
Bu yerdə dayanma-durmaya icazə verilir?-  Doğru cavab
WhatsApp kanalımıza abunə ola bilərsiniz
1.4 sarı xətt bitdiyi yerdən sonra nişan qüvvəsini itirir

Avtosfer.az saytı ötən həftənin sualının doğru cavabını və qalib gəlmiş oxucunun adını təqdim edir. Sual belədir: Göstərilən yerdə dayanmağa və ya durmağa icazə verilir? 

1) İcazə verilmir

2) İcazə verilir

3) Sərnişin mindirib-düşürmək üçün icazə verilir

Sualın doğru cavabı belədir: Göstərilən yerdə həm dayanmağa, həm də durmağa icazə verilir. Yol Hərəkəti Haqqında Qanunun 69-cu madəsinin VI hissəsinin 4-cü bəndində qeyd olunub ki, 1.4 (düz sarı xətt) — 3.27 (dayanma durma) nişanı ilə birlikdə tətbiq edildikdə dayanma qadağan olunan yerləri bildirir və hərəkət hissəsinin kənarına və ya bordürün üst hissəsində çəkilir. 

Yəni, 1.4 nişanlanması 3.27 nişanı ilə birgə tətbiq edildikdə nişanlanma xəttinin sonunda nişan qüvvəsini itirir. Təqdim etdiyimiz fotoda 1.4 sarı xətt bitdiyi yerdən sonra nişan qüvvəsini itirdiyi üçün həm dayanma, həm də durma qaydalar çərçivəsində olacaqdır.

Sualın ilk düzgün və izahlı cavabını verən Emil Hüseynov adlı oxucumuz 5 manatlıq danışıq kartını qazandı. Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh