Mobil telefonlar hər il 300 min insanın həyatına belə son qoyur - ŞOK FAKTLAR

Qaydalar 10 Fevral 2020 15:50 Oxunub 6692
Mobil telefonlar hər il 300 min insanın həyatına belə son qoyur - ŞOK FAKTLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Alimlərin fikrincə, bu hələ başlanğıcdır

Kanadadakı Kanqari Universitetinin araşdırmasına əsasən, son 15 ildə piyadaların iştirakı ilə yol nəqliyyat hadisələrinin sayı 8 dəfə artıb. Buna səbəb isə piyadaların hərəkət zamanı elektron vasitələrdən istifadə etməsi olub.

Avtosfer.az xəbər verir ki, alimlərin araşdırmalarına görə, əksər piyadalar yolda hərəkətlə olarkən diqqətləri yolda yox, məhz smartfonlarda olur və bu səbəbdən onlar yol-nəqliyyat hadisənin baş verməsinə səbəb olurlar. Məktəblilər arasında bu, daha böyük hal alıb.

Qeyd edək ki, qadınlar kişilərdən fərqli olaraq daha diqqətlidirlər.

Bakı şəhər DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, Azərbaycanda da mobil telefonlar, qulaqlıq və digər cihazlar yol qəzalarına səbəb olur: "Sürücülər sükan arxasında mobil telefondan istifadə edərkən diqqət yayınır və qəza baş verir. Piyadalar isə bəzən yolu keçərkən telefonla danışır və ya qulaqlıq taxaraq özünü ətrafdan təcrid edir. Nəticədə yaxınlaşan nəqliyyat vasitəsinin səsini, siqnalını belə eşitmir, fikri yolda olmur və qəza baş verir".

Bütün bunları nəzərə alaraq Vaqif Əsədov sürücüləri və piyadaları yolda hərəkət iştırakçısı olduqda bu cür texniki vasitələrdən istifadə etməməyə və diqqətli olmağa səsləyib: "Təhlillər göstərir ki, qəzaların 70 faizi diqqətin idarəetmədən yayınması nəticəsində baş verir".

 

Nazim Nadiroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh