Gənc sürücü yaşlı qadının həyatına son qoydu

Qəzalar 1 İyun 2014 23:23 Oxunub 1581
Gənc sürücü yaşlı qadının həyatına son qoydu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
21 yaşlı sürücü 63 yaşlı piyadanı vurub

Suraxanı rayonunda ağır yol qəzası baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Zığ yolu küçəsində 1993-cü il təvəllüdlü Fərmanzadə Nicat Mehman oğlu idarə etdiyi "VAZ 21 015" markalı avtomobillə yolu keçməyə çalışan qadını vurub. Nəticədə piyada, 1951-ci il təvəllüdlü Markovna Valentina Kərimova aldığı zərbədən hadisə yerindəcə keçinib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh