“Ferrari” yeni avtomobilini təqdim etdi - FOTOLAR

Yarışma 12 Fevral 2020 08:00 Oxunub 1403
“Ferrari” yeni avtomobilini təqdim etdi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tədbir Reco-Emiliyadakı teatrlardan birində keçirilib

İtaliyanın “Ferrari” komandası 2020-ci il dünya çempionatında istifadə olunacaq yeni bolidini rəsmən təqdim edib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, tədbir Reco-Emiliyadakı teatrlardan birində keçirilib. Maşın SF 1000 indeksi alıb ki, bu da komandanın “Formula 1”də gözlənilən 1000-ci Qran-prisi ilə əlaqədardır. Avtomobil ənənəvi qırmızı livreyada təqdim olunub.

Qeyd edək ki, ötən illə müqayisədə “Ferrari”nin tərkibi dəyişməyib. Mübariz pilotlar qismində yenə Sebastyan Fettel və Şarl Lekler qalırlar. Onlar 2019-cu ildə “Skuderiya”ya Konstruktorlar Kubokunda ikinci yeri tutmaqda yardımçı olublar. Şəxsi hesabda isə Lekler dördüncü, Fettel beşinci olub. “Ferrari”nin yenilənmiş bolidinin ilk sınağı “Formula 1”in rəsmi mövsümöncəsi testlərində keçiriləcək.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh