Daha bir marşrut xətti "Bakıkart"a keçdi - Bakıda

Yeniliklər 12 Fevral 2020 10:25 Oxunub 1118
Daha bir marşrut xətti "Bakıkart"a keçdi - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Fevralın 14-dən 26 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda

Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq, daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız-vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq. BNA-dan Avtosfer.az-a verilən məlumata görə, fevralın 14-dən 26 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı BakıKart vasitəsilə ödəniləcək.

Agentlikdən bildirilib ki, digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Həmçinin qeyd edilir ki, nağd qaydada fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə xətlərdən çıxarılaraq onlarda müəyyən texniki montaj, kabelləşmə işləri görülür. Proses sərnişindaşımada fasiləsizliyin pozulmamasını, görülən işlərin sərnişinlərə təsir etməməsini nəzərə alınmaqla icra edilir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh