Luis Hamilton “Mercedes” ilə danışıqlara başlayıb

Yarışma 12 Fevral 2020 16:20 Oxunub 1792
Luis Hamilton “Mercedes” ilə danışıqlara başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Ferrari”nin Hamiltonu heyətinə cəlb etmək istəyi ilə bağlı xəbərlər məsələni qəlizləşdirir

“Mercedes”in pilotu Luis Hamilton komandanın rəhbəri Toto Volff ilə yeni müqavilə barədə danışıqlara başlayıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Sun” nəşri məlumat yayıb.

Tərəflər 180 milyon funt-sterlinq müqabilində üçillik müqavilənin şərtlərini müzakirə edirlər. Nəzərə alsaq ki, tərəflər arasında mövcud razılaşmanın vaxtı başa çatıb, o halda yeni anlaşmanın müzakirəsi normaldır. Amma “Ferrari”nin Hamiltonu heyətinə cəlb etmək istəyi ilə bağlı xəbərlər məsələni qəlizləşdirir. Təbii ki, “Mercedes” aparıcı pilotunu itirmək istəmir. Ən azı ona görə ki, britaniyalı pilot son 6 ildə “Mercedes”lə 5 dəfə dünya çempionu olub.

Qeyd edək ki, Formula 1-in yeni mövsümünə martın 15-də Avstraliyada start veriləcək. Azərbaycan Qran-Prisi isə iyunun 5-7-də təşkil olunacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh