Avtobusda cibgirlik edən şəxs tutulub - Bakıda

Gündəm 13 Fevral 2020 11:45 Oxunub 715
Avtobusda cibgirlik edən şəxs tutulub - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində

Bakıda oğurluğa görə saxlanılan şəxsin digər əməlləri üzə çıxıb. Avtosfer.az-ın məlumatına görə, Bakı şəhər Baş Polis İdar əsi Cinayət Axtarış İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşları oğurluğa görə saxlanılan əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə məhkum olunmuş 54 yaşlı Bakı sakini Elçin Novruzovun ətrafında əməliyyat tədbirləri aparıb. Nəticədə onun yanvarın 26-da günorta saatlarında Bakıxanov qəsəbəsində 55 saylı marşrut avtobusunda 34 yaşlı Bakı şəhər sakini R.Niftəliyevanın çantasından 450 manat pulunu cibgirlik yolu ilə oğurladığı məlum olub.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh