Məşhur futbolçunun 450 minlik “Merecedes"i oğurlanıb - FOTO

Gündəm 13 Fevral 2020 14:15 Oxunub 974
Məşhur futbolçunun 450 minlik “Merecedes"i oğurlanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, artıq hadisə ilə bağlı polisə şikayətlə müraciət edib

Braziliyanın “San-Paulu” futbol klubunun müdafiəçisi Dani Alveş avtomobil oğrularının qurbanı olub. Avtosfer.az xəbər verir ki, 36 yaşlı braziliyalının avtomobili  fevralın 11-də gecə yarısı Pineyros rayonunda yerləşən avtodayanacaqdan qaçırılıb. Bu barədə “Globo Esporte” portalı məlumat verib.

Məlumata görə, naməlum şəxs avtodayanacağa daxil olub və gözətçiyə hədə-qorxu gələrək “Mercedes Benz GLE 400 Coupe” markalı maşına minərək oradan uzaqlaşıb.

Hadisədən xəbər tutan Dani Alveş, artıq bununla bağlı polisə şikayətlə müraciət edib.

Bildirilir ki, oğurlanan avtomobilin dəyəri 450 min dollar təşkil edir və maşın keçmiş həyat yoldaşı Danielya Alveşin adına qeydiyyatda olub.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh