Çində avtomobil satışları 20% azalıb

Gündəm 13 Fevral 2020 15:43 Oxunub 850
Çində avtomobil satışları 20% azalıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hesabata görə, yanvar ayında dilerlərə 1,61 milyon sərnişin avtomobili satılıb

Bu ilin yanvar ayında Çində sərnişin avtomobillərinin satışları illik müqayisədə 20,2% azalıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu çərşənbə günü Çin Avtomobil İstehsalçıları Birliyinin (CAAM) açıqladığı hesabatda bildirilib. Hesabata görə, yanvar ayında dilerlərə 1,61 milyon sərnişin avtomobili satılıb. Eyni dövrdə ümumilikdə avtomobil nəqliyyatı vasitələrinin satışları isə illik müqayisədə 18% azalaraq 1,94 milyon ədəd olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh