Avtomobildə mobil telefonlar aşkarlandı

Gündəm 13 Fevral 2020 15:50 Oxunub 796
Avtomobildə mobil telefonlar aşkarlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Rover-45" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin qabaq oturacaqlarının içərisində 4 ədəd "Redmi Note 8", 1 ədəd "Redmi Note 8 Pro" və 1 ədəd "Samsung Galaxy A20 S" markalı mobil telefon aşkarlanıb. 

Faktla bağlı araşdırma aparılır.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh