İtləri ilə birlikdə 4 aydır maşında yaşayır - VİDEO

Maraqlı 25 May 2015 13:35 Oxunub 1565
İtləri ilə birlikdə 4 aydır maşında yaşayır  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu qadın öz itləri ilə birgə dörd aydır minik avtomobilində yaşayır

Avtosfer.az atv-yə istinadən xəbər verir ki, bəzən ekstremal şəraitlərdə sürücülər gecəni öz avtomobillərində keçirməli olurlar. Amma britaniyalı Hilari Barous üçün bu ekstremal vəziyyət aylardır ki davam edir. 57 yaşlı ali təhsilli qadın Avropanın fərqli-fərqli ölkələrində ingilis dili müəlliməsi işləyib. Yaşlandığını görərək vətənə qayıtmağa qərar verən Hilari, burda asanlıqla iş tapacağına ümid edib. 3 həftə ərzində iş tapa bilməyən müəllimənin bütün pulları qurtarıb. Şəhər bələdiyyəsindən sığınacaq istəsə də, rəhbərlik ona yalnız itlərindən əl çəkəcəyi təqdirdə mənzil verə biləcəklərini deyib. Amma öz sadiq dostlarına sadiq qalan Hilari, bələdiyyə mənzilinə buraxılmayan köpəklərindən ayrılmayıb. Beləliklə o, həmin itlərlə birgə minik avtomobilində yaşamağa məhkum olub.  O bu avtomobildə qidalanır, sükan arxasında dişlərini sürtür, yuxusunu belə avtomobil oturacağında alır.

Diqqət çəkən başqa bir məqam da var. Hilari Barousu yaxına buraxmasalar da, onun itlərinə rəhm edən tapılıb. Heyvanları müdafiə dərnəkləri onun itlərini vaxtı-vaxtında qida ilə təmin edir. Hilari isə hər gün sükan arxasında şorba içməklə mübarizəsini davam etdirir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh