Yeniyetmə boksçularımız fərqləndi - FOTO

Yarışma 13 Fevral 2020 17:10 Oxunub 2026
Yeniyetmə boksçularımız fərqləndi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DİN İdman Cəmiyyətinin komandası ümumi hesabda ikinci yerdə qərarlaşıb

Fevralın 2-dən 8-dək Boks Mərkəzində bu idman növü üzrə növbəti Azərbaycan birinciliyi keçirilib. Yarışda ölkəmizin bütün şəhər və rayonlarını təmsil edən 48 komandadan 147 idmançı baş mükafat uğrunda mübarizə aparıb. DİN İdman Cəmiyyətinin komandası ümumi hesabda ikinci yerdə qərarlaşıb. Komandamızın çalışdırıcısı, əməkdar məşqçi Yadigar Məmmədovun yetirmələrindən Əzray Bəbirov, Murad Allahverdiyev müvafiq olaraq öz çəki dərəcələrində qızıl, Cəfər Heydərli gümüş, Əsəd Ağayev, Rəşid Həsənov və Riad Nəzərov isə bürünc medallar qazanıblar.

Qeyd edək ki, təmsilçilərimizdən M.Allahverdiyev birinciliyin ən texnikalı boksçusu elan olunub.

Yarış təəssüratlarını bizimlə bölüşərkən Y.Məmmədov bildirdi ki, qaliblər sırasında yer tutan idmançıların həm fiziki, həm də texniki bacarıqları onların gələcəkdə daha böyük nailiyyətlər əldə edəcəyinə inam yaradır.

 

Zeyni Hüseynov,

polis leytenantı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh