142 saylı marşrutun sürücüsü dispetçeri bıçaqladı - Bakıda

Gündəm 13 Fevral 2020 18:43 Oxunub 1153
142 saylı marşrutun sürücüsü dispetçeri bıçaqladı - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı ağır vəziyyətdə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə “Cantəpə” yaşayış massivində qeydə alınıb. 142 saylı marşrut avtobusunun sürücüsü ilə dispetçer, 1982-ci il təvəllüdlü Hüseynov Səxavət Zöhrab oğlu arasında mübahisə düşüb. Mübahisə zəminində sürücü S.Hüseynova bir neçə bıçaq zərbəsi vurub. Yaralı ağır vəziyyətdə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsində araşdırma aparılır.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, 142 nömrəli münətəzəm marşrut xətti Manella MMC-nin müvəqqəti istismarındadır. Gündəlik olaraq bu xətt üzrə BNA-ya şikayət daxil olur. Həm istifadə olunan avtobusların texniki vəziyyəti, həm də sürücülərin peşəkarlığı sürücülərin psixoloji durumu qənaətbəxş deyil. Dəfələrlə daşıyıcı qarşısında məsələ qaldırılsa da, tədbirlər görülməyib. Bu səbəbdən də həmin xətt yaxın vaxtlarda müsabiqəyə çıxarılacaq. Mövcud daşıyıcı müsabiqə şərtlərinə cavab verməsə, təbii ki, onunla müvəqqəti istismara dair imzalanmış müqaviləyə xitam veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh