Avtosfer.az | Reklam
Avtomobildə mobil telefonları gizlədərək keçirməyə cəhd etdi
Gündəm 14 Fevral 2020 13:00 167 dəfə oxunub
Avtomobildə mobil telefonları gizlədərək keçirməyə cəhd etdi
Faktla bağlı araşdırma aparılır

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Vaz 21013" markalı minik nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən  Avtosfer.az-a verilən məlumata görə sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də vətəndaşın üzərində 10 ədəd "Samsung Galaxy A10 S" markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Gültən Qədirli

ŞƏRH YAZ
Ad
E-mail
Şərh