Avtosfer.az | Reklam
Avtomobildən itin reaksiyası nəticəsində siqaretlər aşkarlandı
Gündəm 14 Fevral 2020 15:25 253 dəfə oxunub
Avtomobildən itin reaksiyası nəticəsində siqaretlər aşkarlandı
Faktla bağlı araşdırma aparılır

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Vaz 21063" markalı nəqliyyat vasitəsi ilə gələn avtomobilkinoloji xidmət itinin reaksiyası nəticəsində saxlanılıb və şifahi sorğu-sual olunub. Qurumdan Avtosfer.az-a verilən məlumata görə sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı, avtomobilin yük yerində və arxa, ön oturacaqların altından 24000 ədəd "King" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Gültən Qədirli

ŞƏRH YAZ
Ad
E-mail
Şərh