Bakıda sərxoş sürücü 10 maşını əzdi: Qaçarkən DYP postunda tutuldu - FOTO

Avtoxəbər 14 Fevral 2020 15:44 Oxunub 3732
Bakıda sərxoş sürücü 10 maşını əzdi: Qaçarkən DYP postunda tutuldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü “Ekologiya postu”nda YPX inspektorları tərəfindən məcburi qaydada saxlanılıb

Fevralın 13-də saat 22:30 radələrində Bakıda yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, sürücü, 1987-ci il təvəllüdlü Məmmədov Emil Vaqif oğlu sərxoş halda idarə etdiyi “Mercedes” markalı 10-SL-025 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan “Kia” markalı 90-LN-289, “Opel” markalı 10-US-584 dövlət qeydiyyat nişanlı və digər 8 minik avtomobilini vuraraq hadisə yerindən qaçıb. Lakin o, qısa müddətdə DİN Baş DYP İdarəsinin Ekoloji nəzarət bölüyünün Bakı-Quba yolunun 8-ci kilometrində yerləşən stasionar postunda xidmət aparan YPX inspektorları tərəfindən məcburi qaydada saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh