“Honda” yolu qaçaraq keçən piyadanı vurdu: kişi 20 metr kənara düşdü - VİDEO

Avtosfer TV 15 Fevral 2020 12:13 Oxunub 1196
“Honda” yolu qaçaraq keçən piyadanı vurdu: kişi 20 metr kənara düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
30 yaşlı zərərçəkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Rusiyanın Sankt-Peterburq şəhərində minik avtomobilinin piyadanı vurma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az “78.ru” portalına istinadən xəbər verir ki, insident Krasnoselsk rayonunda qeydə alınıb.

Kadrlarda, piyadanın işıqforun qadağanedici siqnalında yolu qaçaraq keçmək istədiyi və bu anda sükan arxasında 22 yaşlı gəncin olduğu “Honda” markalı minik avtomobilin onu vurduğu görülür. Zərbənin şiddətindən piyada təxminən 20 metr kənara düşür.

Bildirilir ki, 30 yaşlı zərərçəkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh