“BMW” 1652 avtomobili geri çağırır

Avtoxəbər 15 Fevral 2020 16:45 Oxunub 1404
“BMW” 1652 avtomobili geri çağırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil sahiblərinə bütün servis xidmətləri pulsuz həyata keçiriləcək

“BMW” şirkəti Rusiya bazarlarından 1652 avtomobilini geri çağıracağına qərar verib. Avtosfer.az xəbər verir ki, təmir aksiyasına 1998-ci ilin yanvarından 2000-ci ilin dekabrına qədər istehsal edilmiş “3-Series” kuzov “E46” modelləri düşüb. Bu barədə “Rosstandart” məlumat verib. Buna səbəb isə hava yastığının dəyişdirilməsidir.

Məlumata görə, bəzi nəqliyyat vasitələrində sürücünün hava yastığının şişirdilməsi bir pilləli NADI tipli qaz generatoru ilə təchiz edilib. Bu tipli qaz generatoru zaman keçdikcə germetikləşdirməni itirə bilər.

Bildirilir ki, çağırışa düşən avtomobillər servis mərkəzlərində sürücünün hava yastığının şişirdilməsini təmin edən qaz generatorunun seriya nömrəsi yoxlanılacaq. Əgər lazım gələrsə yenisi ilə əvəz olunacaq. Avtomobil sahiblərinə bütün servis xidmətləri pulsuz həyata keçiriləcək.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh