Piyadanı vurmaq istəmədi, idarəetməni itirib ağaca çırpıldı - FOTO-VİDEO

Qaydalar 16 Fevral 2020 21:10 Oxunub 1347
Piyadanı vurmaq istəmədi, idarəetməni itirib ağaca çırpıldı - FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol infrastrukturuna və yaşıllaşdırmaya ziyan dəyib

Sumqayıtda idarəetməni itirən sürücü yol qəzası törədib. Hadisə şəhərin Zülfü Hacıyev küçəsində baş verib. “Mercedes” markalı minik avtomobilinin sürücüsü qarşısına çıxan piyadanı vurmamaq üçün nəqliyyat vasitəsini kənara çəkmək istəyib. Bu zaman sürücü idarəerməni itirərək avtomobili yol kənarındakı ağaca çırpıb. Hadisə zamanı xəsarət alan olmayıb. Avtomobil yararsız hala düşüb.  

Yol infrastrukturuna və yaşıllaşdırmaya ziyan dəyib. Qəza nəticəsində yolda tıxac yaranıb. Polis əməkdaşları yolda tənzimləmə işləri aparıb.  

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

oxu.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh