“Taksi” 3 məktəblini vurdu: 1-i ağır, 3 yaralı - VİDEO
Avtosfer TV
16 Fevral 2020 10:00
Oxunub 1774
Məktəblilərdən biri reanimasiya şöbəsinə yerləşdirilib
Rusiyanın Çelyabinsk şəhərində minik avtomobilinin 3 məktəbli piyadanı vurma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident ötən axşam nəqliyyatın gur olduğu Kaşirinıx və Çaykovsk küçələrin kəsişməsində qeydə alınıb. Bu barədə “Ura.ru” portalı məlumat verib.
Kadrlarda, səkkiz zolaqlı yolda svetoforun qadağanedici siqnalında piyadaların keçdiyi və bu arada hərəkətdə olan taksi kimi fəaliyyət göstərən avtomobilin onları vurduğu görülür.
Bildirilir ki, məktəblilərdən biri ağır xəsarətlər alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, digər 2-si isə yüngül sıyrıqlar alıblar.
Polis baş vermiş hadisə ilə bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR