İçində 4 nəfərin olduğu “Gelandewagen” atəşə tutuldu – FOTO + VİDEO (+20)

Avtosfer TV 16 Fevral 2020 17:03 Oxunub 1688
İçində 4 nəfərin olduğu “Gelandewagen” atəşə tutuldu – FOTO + VİDEO (+20)
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində 2 nəfər yaralanıb

Türkiyənin İstanbul şəhərində motosikletli şəxslər lüks avtomobilə silahlı hücum ediblər. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident fevralın 15-də günorta saatlarında Kağıthane rayonunda qeydə alınıb.

Məlumata görə, Osman Paşa küçəsində “Mercedes Gelandewagen” markalı avtomobildə hərəkətdə olan 4 nəfər, küçənin girişində onlara pusqu quran motosikletli bir şəxs tərəfindən silahlı hücuma məruz qalıblar. Hücum nəticəsində “Mercedes”dəki Can D. Və Ergin G. yaralanıblar. Hadisədən sonra şübhəli şəxs gəldiyi dostunun motosikletinə minərək qaçıblar.

Yaralılar isə bir taksiyə mindirilərək xəstəxanaya çatdırılıblar. Onların həyatları üçün heç bir təhlükənin olmadığı bildirilib. Vətəndaşların xəbər verməsi ilə hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları gəlib.

Hazırda qaçan şübhəlilərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh