Səkini zəbt edərək piyadaların yolunu kəsir - 10 SN 374 - FOTO

Xəbərlər 16 Fevral 2020 17:30 Oxunub 1674
 Səkini zəbt edərək piyadaların yolunu kəsir                              - 10 SN 374  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ümid edirik ki, aidiyyəti qurumlar bu küçə ilə bağlı tədbirlər görəcək

Bakıda səkini zəbt edən sürücünün görüntüləri redaksiyamızın elektron ünvanına göndərilib. Avtosfer.az xəbər verir ki, paytaxtın Çobanzadə küçəsində qeydə alınan fotoşəkillərdən aydın şəkildə görünür ki, 10-SN-374 qeydiyyat nişanlı "Vaz" markalı avtomobil səkini zəbt edərək piyadaların hərəkətini məhdudlaşdırıb. Həmin ərazidə yaşayan sakinlər qeyd edir ki, bu avtomobil hər gün Çobanzadə küçəsində yerləşən OBA marketin qabağında dayanaraq piyadaların hərəkətinə çətinlik yaradır.
Qeyd edək ki, bu küçədə hər gün yol hərəkəti  və dayanma durma qaydaları pozulur. Ümid edirik ki, aidiyyəti qurumlar bu küçə ilə bağlı  tədbirlər görəcək.

Gültən Qədirli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh