Polislərin bu hərəkətinə görə DİN-ə müraciət olunub: Cənab nazir, xahiş edirəm..... - FOTO

Qaydalar 17 Fevral 2020 10:15 Oxunub 5608
Polislərin bu hərəkətinə görə DİN-ə müraciət olunub:  Cənab nazir, xahiş edirəm..... - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polislərin sayəsində uşağın həyatı xilas olunub

Sürücülərdən biri yol polislərinin nümunəvi hərəkətlərinə görə redaksiyamıza məlumat ünvanlayıb. Yolda çarəsiz vəziyyətdə qalan sürücü Məhərrəmov Seymur Avtosfer.az-a açıqlamasında bildirib ki, fevralın 14-ü saat 19:30 radələrində idarə etdiyi avtomobillə paytaxtın Babək prospektində hərəkətdə olarkən avtomobildə olan övladının səhhətində qəfil pisləşmə baş verib. Bunu görən sürücü təlaşa düşdüyü üçün avtomobili idarə edə bilməyib. Köməksiz vəziyyətdə qaldığını görən sürücü, həmin ərazidə xidmət göstərən 99-YP-428 qeydiyyat nişanlı YPX avtomobilinin ekipajlarını köməyə çağırıb.
Elgün adlı əməkdaş vəziyyətin çətin olduğunu görərək dərhal uşağı yaxınlıqdakı xəstəxanaya çatdırıb. Onların sayəsində uşağın həyatını xilas etmək mümkün olub.

Sürücü Məhərrəmov Seymur polis əməkdaşlarının nümunəvi hərəkətinə görə Daxili İşlər Naziriliyinin rəhbərliyinə müraciət edərək xidmətlərinin qiymətləndirilməsini xahiş edib.


Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh